Wednesday 12 December 2018
Home      All news      Contact us      English
azadliq - 22 days ago

Məktəbyaşlı miqrant və qaçqın uşaqların sayı artıb

2000-ci ildən bəri məktəbyaşlı miqrant və qaçqın uşaqların sayı 26% artıb və bu uşaqlar yarım milyon sinif otağını doldura bilərdi. Bunu UNESCO bu gün açıqladığı “2019-cu il Qlobal Təhsilin Monitorinqi – miqrasiya, köçkünlük və təhsil” adlı hesabatında bildirir. Hesabatda ölkələrin miqrant və köçkün uşaqların təhsilin keyfiyyətindən yararlanmaq hüququnu necə təmin etməsi öyrənilir. Bu hüququn həm şagirdlərin, həm də onların yaşadıqları icmaların maraqlarına xidmət etdiyi bildirilir. 1,5 MİLYARD DƏRS GÜNÜ Qurum bildirir ki, həmin uşaqların keyfiyyətli təhsil hüququ kağız üzərində getdikcə daha çox tanınır, amma hər gün sinif otaqlarında və məktəblərin həyətlərində problemlər ortaya çıxır; bəzi hökumətlər bu hüququ təmin etməkdən birbaşa imtina edir. 2016-cı ildə Qaçqın və Miqrantlar üzrə Nyu York Bəyannaməsindən keçən iki il ərzində qaçqınlar 1,5 milyard dərs günü buraxıblar, hesabatda belə deyilir. Amma qaçqınların milli təhsil sistemlərinə inteqrasiyasında proqres müşahidə olunub. Qaçqınların yerləşdiyi 10 ölkədən 8-də bu qabarıq görünür. Çempionlar sırasında Çad, Efiopiya və Uqanda kimi azgəlirli ölkələr də var. Kanada və Uqanda isə mühacirlər üçün inklüziv təhsil siyasəti gerçəkləşdirən qlobal liderlər sırasındadır.  Əhali sayına görə ən çox qaçqının sığındığı Livan və İordaniya öz vətəndaşları və qaçqınların dərs saatlarını səhər və günortaya salıb. Hesabatda deyilir ki, hətta zəngin Almaniyada belə qaçqınlara adekvat təhsil verilməsi üçün 42 min yeni müəllimə ehtiyac var. UNESCO ölkələri daha çox qaçqın və miqrant uşağı təhsil sistemlərin inteqrasiya etməyə çağırır.

Related news

Latest News
Hashtags:   

Məktəbyaşlı

 | 

miqrant

 | 

qaçqın

 | 

uşaqların

 | 

artıb

 | 
Most Popular (6 hours)

Most Popular (24 hours)

Most Popular (a week)

Sources