Wednesday 12 December 2018
Home      All news      Contact us      English
azadliq - 6 days ago

Məmmədyarov və Mnatsakanyan 2019-cu ildə görüşəcəklər

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa), Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin əvəzi Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərin davam etdirilməsinə razılıqlarını ifadə ediblər. Həmsədr ölkələrin, Ermənistan və Azərbaycan nümayəndə heyətləri rəhbərlərinin birgə bəyanatında belə deyilir. Bəyanat İtaliyanın Milan şəhərində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dekabrın 5-də keçirilmiş danışıqların yekunu ilə bağlıdır. Sənəddə qeyd edilir ki, həmsədr ölkələr atəşkəsin pozulması hallarının azalmasını məmnunluqla qarşıladıqlarını ifadə ediblər. Xalqların sülhə hazırlanması üçün konkret tədbirlər görməyə çağıran həmsədrlər münaqişənin ədalətli və davamlı həllini təşviq etmək üçün Azərbaycan və Ermənistan liderləri arasında yüksək səviyyəli dialoqun yaxın gələcəkdə davam edə biləcəyinə ümid etdiklərini də qeyd ediblər. Sənədə görə, Azərbaycan xarici işlər naziri və Ermənistanın xarici işlər nazirinin əvəzi münaqişənin sülh yolu ilə cözlüməsinin təmin olunması, gərginliyin daha da azaldılması üçün intensiv çalışmaq niyyətlərini ifadə ediblər. Bəyanatda deyilir ki, nazirlərin 2019-cu ilin əvvəllərində ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə yenidən görüşməsinə qərar verilib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın Milan şəhərində ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri əvəzi Zohrab Mnasakanyanla danışıqlar aparıb. Elmar Məmmədyarov həmin danışıqları “çox faydalı” adlandırıb. Ermənistan və Azərbaycan xarici işlər nazirləri ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Milanda keçirilən 25-ci iclasının əsnasında görüşüblər. Xatırlatma Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan və Ermənistan silahlı qüvvələri üz-üzə dayanıb. Bu münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə atəş səsləri eşidilməkdədir. Tərəflər buna görə bir qayda olaraq bir-birlərini ittiham edirlər. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Related news

Latest News
Hashtags:   

Məmmədyarov

 | 

Mnatsakanyan

 | 

görüşəcəklər

 | 
Most Popular (6 hours)

Most Popular (24 hours)

Most Popular (a week)

Sources