Sunday 29 March 2020
Home      All news      Contact us      English
azadliq - 2 days ago

Naxçıvanda karantində qalan tələbə: ‘Etiraz edəni ‘podval’a aparırlar’ (VIDEO)

Türkiyədən koronavirusa görə, təxliyə olunmuş azərbaycanlı tələbələr hələ də Naxçıvanda saxlanırlar. Dünən, martın 25-də azı iki məntəqəyə, hərəsinə 150-yə qədər tələbə gətirilib. Şərurda yerləşən hərbi hissələrin birində yerləşdirilmiş 100-dən artıq tələbə də saxlanma şəraitindən narazıdır. Tələbələr adlarının gizli qalması şərti ilə AzadlıqRadiosuna bunu danışıblar: Bu gün ilk yeməyi bizə günorta saat 12-də veriblər. Tualetə getməyə icazə vermirlər. İndi düşürdüblər hələ. Su vermirlər. Maska, dərman verilmir. Dünəndən bəri cəmi bir dəfə qızdırma ölçüblər. 10 nəfər eyni otaqdayıq. Qapıları bağlı saxlayırlar, qapının ağzında əsgərlər var. Biz dustaq deyilik, karantində olan vətəndaşıq. Səsimizi qaldırmaq istəyəndə, telefonları, pasportları əlimizdən alırlar. Səsini çıxaranı podval a aparırlar . Türkiyədən gələn tələbələr narazılıq edirlər   Tələbələr AzadlıqRadiosuna bildiriblər ki, dünən onlara su da verilməmişdi, bu gün artıq verilib. Deyirlər ki, onlara Bakıya göndəriləcəkləri ilə bağlı məlumat veriblər, hələ ki, gözləyirlər. Bu tələbələrin Şərurda, Duzgölü fizioterapiya mərkəzində qaldığı bildirilir. Bu gün martın 26-da, tələbələrlə əlaqə saxlamaq mümkün olmayıb, onlar öz telefon nömrələrini paylaşmaq, jurnalistlərə danışmaq istəməyiblər.  AzadlıqRadiosu Naxçıvan rəhbərliyindən münasibət öyrənə bilməyib.


Latest News
Hashtags:   

Naxçıvanda

 | 

karantində

 | 

qalan

 | 

tələbə

 | 

Etiraz

 | 

edəni

 | 

podval

 | 

aparırlar

 | 

VIDEO

 | 
Most Popular (6 hours)

Most Popular (24 hours)

Most Popular (a week)

Sources