Saturday 10 April 2021
Home      All news      Contact us      RSS      English
azadliq - 1 month ago

Prezident Paşinyanın baş qərargah rəisinə dair fərmanını imzalmayacaq

Ermənistan prezidenti Armen Sarkisyan bəyan edib ki, o silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə baş nazir Nikol Paşinyanın təklifini qəbul etmir. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun martın 2-də yazır ki, Armen Sarkisyan bunun əvəzində siyasi böhrandan tez bir zamanda çıxılması üçün məsləhətləşmələr aparır. Sarkisyan bu məqsədlə baş nazir və general-polkovnik Onik Qasparyanla göüş keçirib. Millətin daha da parçalanmaması üçün Prezident vurğulayıb ki, yaranmış vəziyyət ölkənin siyasi və hərbi rəhbərliyi arasında müharibə dövründə və ondan sonra baş vermiş fikir ayrılıqlarının nəticəsidir və əsasən də məsələyə şəxsi yanaşmadan irəli gəlib. Armen Sarkisyan bunu da qeyd edib ki, böhranın səbəblərindən biri də qanunvericilikdə çatışmazlıqlardır və boşluqlardır. Ermənistan prezidenti bəyan edib ki, hazırkı mürəkkəb şəraitdə bu böhranın mümkün qədər tez çözülməsi Ermənistanın təhlükəsizliyi, cəmiyyətin və erməni millətinin daha dərin parçalanmasının qarşısının alınması üçün mühümdür. Xatırlatma Fevralın 25-də Ermənistan silahlı qüvvələri baş qərargahının bəyanatından sonra ölkədə siyasi vəziyyət gərginləşib. Baş qərargah Ermənistan baş naziri Nikol Paşinyanın “hazırki taleyüklü dövrdə artıq adekvat qərarlar qəbul etmək iqtidarında olmadığını” bildirərək onun istefasını tələb etmişdi. Öz növbəsində Paşinyan bu bəyanatı hərbi çevriliş cəhdi adlandırmış və baş qərargahın rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı əmr vermişdi. Amma konstitusiyaya görə belə qərarları prezident təsdiqləməlidir.


Latest News
Hashtags:   

Prezident

 | 

Paşinyanın

 | 

qərargah

 | 

rəisinə

 | 

fərmanını

 | 

imzalmayacaq

 | 

Sources