Sunday 11 April 2021
Home      All news      Contact us      RSS      English
azadliq - 1 month ago

Fidesz Avropa Parlamentindəki blokdan çıxır

  Macarıstanın hakim Fidesz partiyası Avropa Parlamentindəki Avropa Xalq Partiyasından (EPP) çıxıb. Səbəb mühafizəkar qrupun yeni daxili qaydaları təsdiqləməsidir. Baş nazir Viktor Orbanın EPP lideri Mənfred Veberə yazdığı məktubu onun nazirlərindən biri Twitter-də yayıb. Bir gün öncə EPP daxili qaydalarına dəyişiklik edib, yalnız fərdlərin deyil, bütöv partiyaların blokdan kənarlaşdırılmasına icazə verilib. Bu dəyişiklik məhz Fidesz-in Avropa Birliyinin (AB) qanunverici orqanındakı ən böyük fraksiyadan çıxarılması üçün hazırlanıb. “EPP qaydalarına dəyişikliklər Fidesz və seçicilərimizə qarşı ədavətli addımdır. Bu, antidemokratik, ədalətsiz, qəbuledilməzdir”, – Orban məktubunda yazıb. Almaniya kansleri Angela Merkelin mühafizəkarlarının daxil olduğu EPP illərdir Fidesz ilə çəkişir. Bu sağ qanad partiyası 2010-cu ildən fasiləsiz olaraq Macarıstan parlamentində üçdə iki çoxluğa malikdir. 2018-ci ildə EPP-dən müvəqqəti kənarlaşdırılsa da, hələ də parlament fraksiyasında təmsilçiləri vardı. AB Orbanı demokratik azadlıqlara, mediaya, qeyri-hökumət təşkilatları və hüququn aliliyinə zərbə vurmaqda suçlayır.


Latest News
Hashtags:   

Fidesz

 | 

Avropa

 | 

Parlamentindəki

 | 

blokdan

 | 

çıxır

 | 

Sources